21 dekabr 2025. Bazar günü

Tottenhem'dən 18 milyonluq transfer


  • Transfer
  • 09:05 17.08.2022
  • Oxunma sayı: 97
Tottenhem'dən 18 milyonluq transfer
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, London təmsilçisi İtaliyanın “Udineze” klubundan Destini Udocini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.İtaliyalı oyunçu daha sonra 2022/23 mövsümünün sonunadək “Unideze”yə icarəyə göndərilib.
 
“Tottenhem” bu transfer üçün A Seriyası təmsilçisinə 18 milyon avro ödəyib. Həmçinin əlavə bonuslarında da nəzərdə tutulduğu vurğulanıb.
 
Destini Udoci “Verona”nın yetirməsidir. O, 2021-ci ildən “Udineze”də çıxış edirdi. Müdafiəçi ötən mövsüm bu klubun əsas komandasında A Seriyasında 37 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Udoci İtaliyanın U-21 yığmasında da forma geyinir.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq