Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Şeffild Yunayted” klubundan Lis Musseni, “Union Berlin”dən isə Dominik Hayntsı transfer ediv.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dominik Haynts 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülübsə, azad agent kimi transfer olunan Lis Musse ilə 2 illik müqavilə imzalanıb.
Lis Musse 2019-cu ilin yayından “Şeffild Yunayted”də çıxış edirdi. Fransadan olan 26 yaşlı forvard bu ilin əvvəlində İtaliyanın “Salernitana” klubunda icarədə də oynayıb. Fransanın U-21 yığmasının sabiq hücumçusu vaxtilə ölkəsində yetirməsi olduğu “Havr”da, həmçinin “Bornmut”da da forma geyinib.
Dominik Haynts isə bu ilin yanvar ayından “Union Berlin”də çıxış edirdi. Almaniyadan olan 29 yaşlı futbolçu bu komandada cəmi 9 matça çıxıb. Mərkəz müdafiəçisi daha öncə “Kayzerslautern”, “Köln” və “Frayburq”da da oynayıb, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
“Union Berlin” gənc yarımmüdafiəçisi Lourens Deli də İrlandiyanın “Bohemians” klubuna icarəyə göndərib. 20 yaşlı futbolçu da 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq. Alman oyunçu, 2020/21 mövsümündə də “Halleşer”də icarədə oynayıb.
“Bohum” futbolçusu Gerrit Holtmann ilə yeni müqavilə imzalayıb. 27 yaşlı yarımmüdafiəçi 3 illik yeni sözləşməyə imza atıb. Filippin millisinin üzvü olan Holtmann 2020-ci ildən bu komandada çıxış edir. O, Bundesliqa klubunda keçirdiyi 2 mövsüm ərzində 66 oyuna 10 qol vurub. Yarımmüdafiəçi əvvəllər “Paderborn”, “Maynts” və “Ayntraxt” (Braunşveyq) klublarının da uğurları üçün çalışıb.
Berlin klubu 30 yaşlı hücumçusu Andreas Folqzammeri isə İngiltərənin “Milluoll” klubuna satıb. Transferin detalları və tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Təcrübəli oyunçu daha əvvəllər “Arminiya” (Bilefeld), “Haydenhaym”, “Karlsrue”, “Rozenhaym” və “Unterhaxinq”də də çıxış edib.