Türkiyənin “İstanbulspor” klubu 7 futbolçusu ilə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İbrahim Yılmaz, Mehmet Yeşil, Jetmir Topalli, Alp Arda, Abdullah Aydın, Yusuf Ali Özer və Mixael Oloqo ilə yeni sözləşməyə imza atıblar. Sözügedən futbolçular yeni müqavilə ilə 2026/27 mövsümünün sonuna kimi İstanbul təmsilçisinin uğurları üçün çalışacaqlar
19 yaşlı nigeriyalı müdafiəçisi – Mixael Oloqo 2021-ci ilin yayından bu komandada çıxış edir. 24 yaşlı kosovalı yarımmüdafiəçi Jetmir Topalli də ötən yay bu komandaya gəlib.
24 yaşlı mərkəz müdafiəçisi Mehmet Yeşillə 28 yaşlı hücumçu İbrahim Yılmaz 2016-cı, 27 yaşlı qapıçı Alp Arda isə 2020-ci ildən bu klubdadır.
22 yaşlı yarımmüdafiəçi Abdullah Aydın, həmçinin 20 yaşlı yarımmüdafiəçi Yusuf Ali Özer “İstanbulspor”un öz yetirməsidir.