28 noyabr 2024. Cümə axşamı

Fənərbaxça onu Belçika klubuna göndərdi


  • Transfer
  • 14:11 17.08.2022
  • Oxunma sayı: 99
Fənərbaxça onu Belçika klubuna göndərdi
Türkiyənin “Fənərbaxça” klubu hücumçusu Mbvana Samattanı icarəyə göndərib. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonrakı karyerasını Belçikanın “Genk” klubunda davam etdirəcək.
 
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Tanzaniyalı futbolçu 2022/23 mövsümünün sonuna kimi “Genk”də forma geyinəcək. Müqavilədə satınalma şərti də var.
 
Samatta 2020-ci ilin sentyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 33 oyuna çıxıb, 6 qol vurub. Türkiyə klubu hücumçunu ötən mövsüm Belçika “Antverpen”inə də icarəyə vermişdi. Onun “sarı-lacıvərdlilər”lə 2024-cü ilin yayına qədər müqaviləsi var.
 
Samatta 2016-2020-ci illər aralığında məhz “Genk”də çıxış edib. Tanzaniyalı futbolçu məhz bu klubdakı uğurlu çıxışı sayəsində 2020-ci ildə 10 milyon avro qarşılığında “Aston Villa”ya üz tutmuşdu. O, karyerası ərzində “Simba” və “Mazembe”də də forma geyinib.






Transfer