- Transfer
- 21:53 26.11.2024
Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştiano Ronaldonun transfer etməkdə qərarlıdır.
Corner.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin idman direktoru Huqo Viana 37 yaşlı hücumçunu 2003-cü ildə tərk etdiyi komandasına qaytarmağa inandırmağa çalışdığı və onun nümayəndələri ilə fəal danışıqlar apardığı bildirilib.
Komandanın cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirakı portuqaliyalı futbolçunun seçiminə təsir edə bilər.
Qeyd edək ki, Kriştiano Ronaldonun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var. Ronaldo "Sportinq"in yetirməsi olub. O, 1997-2003-cü illərdə bu klubun formasını geyinib.