- Transfer
- 21:53 26.11.2024
Fransanın PSJ klubunun futbolçusu Mauro İkardi karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Corner.az-ın məlumatına görə, bu barədə "Haber Global"ın jurnalisti Bərk Göl şəxsi tviter hesabında yazıb.
29 yaşlı hücumçunun həyat yoldaşı və meneceri Vanda Nara ilə birlikdə "Qalatasaray" klubu ilə danışıqlar üçün hazırda İstanbulda olduğunu vurğulayıb.
Qeyd edək ki, Mauro İkardi 2019-cu ildən PSJ-də çıxış edir.