12 aprel 2026. Bazar günü

Sevilya'dan 16 milyonluq transfer


  • Transfer
  • 13:58 18.08.2022
  • Oxunma sayı: 137
Sevilya'dan 16 milyonluq transfer
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Əndəlüs təmsilçisi Almaniya “Bavariya”sından Tangi Nyanzunu transfer edib.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. “Sevilya” fransalı futbolçuya görə Bundesliqa nəhənginə 16 milyon avro ödəyib. 20 yaşlı futbolçu 5 illik müqaviləyə imza atıb.
 
Nyanzu PSJ-nin yetirməsidir. O, Münhen klubuna 2020-ci ildə azad agent kimi keçmişdi. O, Münhen təmsilçisinin əsas komandasında 28 oyuna çıxıb, 1 qol vurub. 






Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”