İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Mateus Nunesi transferi edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Vulverhempton”un bu transfer üçün qarşı tərəfə ödədiyi məbləğ açıqlanmayıb. Amma portuqaliyalı futbolçunun klub tarixinin ən bahalı transferi olduğu vurğulanıb. Britaniya mətbuatı isə klubun bu keçidə görə 45 milyon + 5 milyon avro bonus ödədiyini iddia edib.
Nunes 2019-cu ilin yanvarından “Sportinq”də çıxış edirdi. O, daha öncə “Eştoril” və “Eriseyrense” klublarında da forma geyinib. Braziliya əsilli futbolçu Portuqaliya vətəndaşlığına da sahibdir. Bu üzdən də o, ötən ildən Portuqaliyanın əsas yığmasına dəvət alır. Yarımmüdafiəçi artıq bu komandada 8 oyuna 1 qol da vurub.