Fransa PSJ-si müdafiəçisi Tilo Kehreri İngiltərənin “Vest Hem” klubuna satıb. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı oyunçu ilə 4+2 illik müqavilə imzalayıb.
“Vest Hem” almaniyalı oyunçuya görə parislilərə 12 milyon avro ödəyəcək. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Kehrer Almaniyanın “Şalke” klubunun yetirməsidir. O, 2018-ci ildə 37 milyon avro qarşılığında PSJ-yə transfer olunmuşdu. Müdafiəçi Fransa klubunda 128 oyuna 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Kehrer Almaniya yığmasında da 20 oyuna çıxıb.
PSJ digər oyunçusu Natan Bitumazalanı da Belçikanın “Eupen” klubuna icarəyə verib. 19 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümünün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. Paris klubunun öz yetirməsi olan fransız futbolçu, ötən mövsüm əsas komandada da debüt edib.
“Vest Hem” də ingilis qapıçısı Jozef Ananqı “Derbu Kaunti”yə mövsümün sonuna kimi icarəyə verib. 22 yaşlı qolkiper ötən mövsüm “Steveneyc” və “Sent Patriks Atletik” klublarında da icarədə oynayıb.