27 oktyabr 2024. Bazar günü

Dzyuba rəsmən Super Liqa klubunda


  • Transfer
  • 22:07 18.08.2022
  • Oxunma sayı: 118
Dzyuba rəsmən Super Liqa klubunda
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiya millisinin hücumçusu Artyom Dzyubanı transfer edib.
 
Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
 
Təcrübəli hücumçu yeni klubuna azad agent kimi keçib. Dzyubanın sabah Adanaya gələrək komandaya qoşulacağı bildirilib. 
 
Bildirək ki, rusiyalı futbolçu son olaraq “Zenit”də (Sankt-Peterburq) çıxış edib.






Transfer