"Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Serbiya “Çukariçki”ninin hücumçusu Almir Aganspahiçi icarəyə götürüb.
Bu barədə Serbiya klubunun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovinalı hücumçu mövsümün sonuna qədər “Sumqayıt”un uğurları üçün çalışacaq. Lakin “Çukariçki” ehtiyac duyarsa, 25 yaşlı futbolçunu qış fasiləsində də geri qaytarmaq hüququna malik olduğu vurğulanıb.
Aganspahiç ötən mövsümün ikinci yarısında “Novi Pazar”dan “Çukariçki”yə keçib. O, bu komandanın heyətində 14 oyun keçirib. Sarayevoda doğulan Almir “Sarayevo”, “Osiyek”, “Raufoş”, “Mladost”, “Krupa” və “Çelik” klublarında da çıxış edib.
“Sumqayıt”ın da bu transferi tezliklə açıqlaması gözlənilir.