27 oktyabr 2024. Bazar günü

Millimizin sabiq hücumçusu Almaniya klubunda


  • Transfer
  • 11:03 19.08.2022
  • Oxunma sayı: 114
Millimizin sabiq hücumçusu Almaniya klubunda
Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Cihan Özkaranın yeni klubu müəyyənləşib. Corner.az xəbər verir ki,  Almaniyanın “Rot Vays Ahlen” klubu  31 yaşlı forvardla anlaşıb.
 
O, Oberliqa təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Cihan peşəkar karyerasına da 2009-cu ildə məhz bu klubda başlamışdı. Sonralar isə o, “Sivasspor”, “Kayseri Ərciyəsspor”, “Simurq”, “Proyssen Münster”, “Verl”, “Rot Vays Oberhauzen”, “İstanbulspor”, “Afyonspor”da çıxış edib. Son olaraq “Sarıyer”də forma geyinmiş Özkara Azərbaycan millisində 18 matça çıxıb, 1 qol vurub.






Transfer