27 oktyabr 2024. Bazar günü

Turin klubundan 9 milyonluq transfer


  • Transfer
  • 14:13 19.08.2022
  • Oxunma sayı: 93
Turin klubundan 9 milyonluq transfer
İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Turin təmsilçisi Niderlandın “Ayaks” klubunun müdafiəçisi Perr Sxursu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları barədə açıqlama verilməyib. İtaliya mətbuatı isə “Torino”nun niderlandlı futbolçuya görə “Ayaks”a 9 milyon avro ödəyəcəyini yazıb.
 
Perr Sxurs Niderlandın “Fortuna Sittard” klubunun yetirməsidir. Mərkəz müdafiəçisi 2018-ci ildən “Ayaks”da çıxış edirdi. O, bu komandanın heyətində 95 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Yeri gəlmişkən, "Ayaks" klubu da Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Ahmetcan Kaplanı heyətinə qatıb. Niderland klubu 19 yaşlı türk futbolçu üçün Trabzon təmsilçisinə 9,5 milyon avro ödəyib.

“Torino” hücumçusu Vinçentso Millikonu isə “Kalyari”yə satıb. Lakin transferin detalları açıqlanmayıb. 22 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
 
İtaliyalı oyunçu “Yuventus”un yetirməsi olsa da, peşəkar karyerasına Turinin digər təmsilçisində başlayıb. O, “Torino”da cəmi 21 oyuna çıxıb və 1 qol vurub. İtaliyanın aşağı yaş qruplarında oynamış futbolçu icarə əsasında “Frozinone” və “Kozensa”da da forma geyinib.






Transfer