27 oktyabr 2024. Bazar günü

La Liqanı A Seriyasına dəyişdi


  • Transfer
  • 17:01 19.08.2022
  • Oxunma sayı: 97
La Liqanı A Seriyasına dəyişdi
İspaniyanın “Vilyarreal” klubu hücumçusu Bulaye Dianı icarəyə göndərib. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonrakı karyrasını İtaliyanın “Salernitana” klubunda davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. A Seriyası təmsilçisi seneqallı futbolçunu satınalma şərti ilə icarəyə götürüb. İspaniya klubu bir mövsümlük icarədən 1 milyon avro qazanacaq. Mövsümün sonunda isə “Salernitana” əlavə 12 milyon avro ödəməklə Dianın transfer hüquqlarını da almalıdır. O,yeni komandasında 29 nömrəli formanı geyinəcək.
 
Bulaye Dia, 2021-ci ilin iyulundan “Vilyarreal”da çıxış edirdi. O, bu komandada 35 oyuna çıxıb, 7 qol vurub. Hücumçu daha öncə “Jura Sud” və “Reyms”də də çıxış edib. Seneqal millisində 17 oyun keçirmiş forvard, cəmi 2 qol vurub.
 
“Salernitana” ötən mövsüm “Venesiya”dan icarəyə götürdüyü müdafiəçi Paskuale Mazzokkinin də transfer hüquqlarını alıb. 27 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Onun transferi üçün  1 milyon avro ödənilib. İtaliyalı futbolçu bu ilin əvvəlində icarəyə göndərildiyi “Salernitana”da 15 matça çıxmışdı. O, daha öncə “Venesiya” ilə yanaşı, “Peruca”, “Parma”, “Rimini” kimi klublarda da oynayıb.






Transfer