27 oktyabr 2024. Bazar günü

Tottenhem'in futbolçusu rəsmən Napoli'də


  • Transfer
  • 21:49 19.08.2022
  • Oxunma sayı: 104
Tottenhem'in futbolçusu rəsmən Napoli'də
İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Neapol təmsilçisi İngiltərə “Tottenhem”inin yarımmüdafiəçisi Tanqi Ndombeleni transfer edib.
 
Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Ndombele 2019-cu ildən “Tottenhem”də çıxış edirdi. Fransalı yarımmüdafiəçi London təmsilçisində 91 oyuna çıxıb, 10 qolla yadda qalıb. Fransa yığmasında 7 oyun keçirmiş futbolçu bu ilin əvvəlində Lion “Olimpik”inə də icarəyə verilmişdi






Transfer