27 oktyabr 2024. Bazar günü

İnter'dən Çelsi'yə 20 milyonluq transfer


  • Transfer
  • 22:49 19.08.2022
  • Oxunma sayı: 101
İnter'dən Çelsi'yə 20 milyonluq transfer
İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, London təmsilçisi İtaliya “İnter”inin yarımmüdafiəçisi Çezare Kasadeyi transfer edib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.
 
“Zadəganlar”ın bu transfer üçün İtaliya klubuna  bonuslarla birlikdə 20 milyon avro ödədiyi iddia edilir. 
 
Çezare Kasadey 2018-ci ildə “Çezena”dan “İnter”ə cəlb olunmuşdu. Yarımmüdafiəçi ötən mövsüm Milan klubunun U-19 komandasının heyətində meydana çıxdığı 40 oyunda 17 qol vurub. O, İtaliyanın U-19 yığmasında keçirdiyi 10 oyunda da 3 qola imza atıb






Transfer