27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubundan rekord transfer


  • Transfer
  • 23:25 19.08.2022
  • Oxunma sayı: 102
Premyer Liqa klubundan rekord transfer
İngiltərə Premyer Liqasının yeni iştirakçısı “Nottingem Forest” növbədə rekord transferini həyata keçirib. Corner.az xəbər verir ki, sözügedən klub “Vulverhempton”un hücumameylli yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngilis futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
 
“Nottingem Forest” bu transfer üçün “canavarlar”a 29.5 milyon avro ödəyib. Bu isə klub tarixinin ən bahalı transferi deməkdir.
 
Gibbs-Uayt “Vulverhempton”un öz yetirməsidir. O, 2017-ci ildə debüt etdiyi əsas komandada bütövlükdə 88 oyun keçirib, 3 qol vurub. Yarımmüdafiəçi 2020/21 mövsümünü “Suonsi Siti”də, ötən mövsümü isə “Şeffild Yunayted”də icarədə keçirib.






Transfer