27 oktyabr 2024. Bazar günü

Real Kazemironu Mançester Yunayted'ə satdı


  • Transfer
  • 09:46 20.08.2022
  • Oxunma sayı: 112
Real Kazemironu Mançester Yunayted'ə satdı
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa nəhəngi  Madrid “Real”ının yarımmüdafiəçisi Kazemironu heyətinə qatıb.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 30 yaşlı futbolçu “qırmızı şeytanlar”la 4+1 illik müqavilə bağlayıb. “Mançester Yunayted” braziliyalı futbolçu üçün “Real”a bonuslarla birlikdə 70 milyon funt-sterlinq (82.4 milyon avro) ödəyəcək.
 
Kazemiro 2013-cü ildən “Real”ın uğurları üçün çalışırdı. O, Madrid təmsilçisinin heyətində 336 oyuna çıxıb, 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı oyunçu bu klubla 18 kubok qazanıb. Yarımmüdafiəçi Braziliya millisində 63 oyun keçirib, 5 qola imza atıb.






Transfer