21 dekabr 2025. Bazar günü

Real'ın sabiq qapıçısı La Liqaya qayıtdı


  • Transfer
  • 12:48 20.08.2022
  • Oxunma sayı: 176
Real'ın sabiq qapıçısı La Liqaya qayıtdı
İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Kiko Kasilya və müdafiəçi Omar Aldereteni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kiko Kasilya La Liqa təmsilçisinə azad agent kimi keçib. Bu üzdən  “Xetafe” bu transfer üçün İngiltərənin “Lids” klubuna heç bir ödəniş etməyəcək.

35 yaşlı qolkiper yeni klubu ilə 1 mövsümlük müqavilə imzalayıb. 
 
Kiko Kasilya Madrid “Real”ının yetirməsidir. O, İspaniya nəhəngi ilə yanaşı, karyerası ərzində “Espanyol”, “Kadis”, “Kartaxena” və “Elçe”nin də uğurları üçün çalışıb. Təcrübəli qapıçı 2019-cu ildən formasını geyindiyi “Lids”də 62 oyuna çıxıb, 61 qol buraxıb, 23 matçda isə qapısını toxunulmaz saxlayıb. O, İspaniya millisində də 1 oyun keçirib.
 
Omar Alderete isə Almaniyanın “Herta” klubundan icarəyə götürülüb. Paraqvaylı müdafiəçi 2022/23 mövsümünün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu 2020-ci ildən formasını geyindiyi “Herta”da cəmi 17 oyun keçirib. Mərkəz müdafiəçi ötən mövsüm də İspaniyanın “Valensiya” klubunda icarədə oynayıb. Paraqvay yığmasında 12 oyun keçirmiş Alderete, daha öncə “Serro Porteno”, “Ximnasiya Esqrima”, “Urakan” və “Bazel” kimi klubların da formasını geyinib.
 
“Xetafe” öz oyunçularından Yakub Yanktonu Çexiyanın “Sparta” (Praqa) klubuna, Sabit Abdulayı isə “Ponferradina”ya icarəyə göndərib. Hər iki oyunçu bu mövsümün sonuna kimi icarədə olacaq.
 
Qanadan olan Sabit Abdulay 2020-ci ildən “Xetafe”dədir. Daha öncə “Ekstremadura”da forma geyinmiş 23 yaşlı yarımmüdafiəçi, La Liqa təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir.
 
Yakub Yankto isə “Xetafe”yə ötən ilin yayında keçmişdi. Çexiyalı yarımmüdafiəçi geridə qalan mövsümdə cəmi 14 matça çıxsa da, fərqlənə bilməyib. O, daha öncə yalnız İtaliya klublarında (“Udineze”, “Askoli”, “Samdoriya”) forma geyinib. Çexiya yığmasında 45 oyun keçirmiş 26 yaşlı futbolçu, 4 qol vurub.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq