- Transfer
- 21:53 26.11.2024
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.
Corner.az Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, "Qalatasaray" klubu 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. Artıq İstanbul təmsilçisi sol cinah müdafiəçinin meneceri ilə danışıqlara da başlayıb.
Həmçinin, Türkiyə Super Liqasından "Kayserispor" və I diviziondan "Eyüpspor"un da bu futbolçu ilə maraqlandığı vurğulanıb.
"Qarabağ"ın digər futbolçusu Qara Qarayevin də bir neçə Super Liqa klublarının transfer siyahısında olduğu da bildirilib.
Qeyd edək ki, Toral Bayramov ötən mövsüm 36 matçda "Qarabağ"ın formasını geyinib. O, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub.Qarayev isə ötən mövsüm 39 matçda "Qarabağ"ın forması ilə çıxış edib.