28 noyabr 2024. Cümə axşamı

Real braziliyalı futbolçusunu yenə icarəyə verdi


  • Transfer
  • 15:08 20.08.2022
  • Oxunma sayı: 105
Real braziliyalı futbolçusunu yenə icarəyə verdi
İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Real”ından yarımmüdafiəçisi Reynier Jezusu, “Leqanes”dən isə müdafiəçi Xavi Ernandesi icarəyə götürüb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçunun 2022/23 mövsümünün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacağı diqqətə çatdırılıb.
 
“Flamenqo”nun yetirməsi olan Reynier Jezus “Real”a 2020-ci ildə 30 milyon avro qarşılığında transfer olunub. 20 yaşlı futbolçu Madrid təmsilçisinin əsas komandasında hələ də debüt şansı əldə etməyib. Braziliyalı vinger son iki ili Almaniyanın “Borussiya” (Dortmund) klubunda icarədə keçirib. Brazuliyanın U-23 yığmasının üzvü Bundesliqa klubunda 39 oyuna 1 qolla yadda qalıb.
 
Xavi Ernandes Madrid “Real”ının yetirməsidir. İspaniyadan olan 24 yaşlı mərkəz müdafiəçisi 2020-ci ildə paytaxt klubundan ayrılaraq “Leqanes”ə keçmişdi. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 77 oyuna çıxıb. Xavi “Real”da olduğu dönəmdə “El Exido” və “Ovyedo”da icarədə də olub.






Transfer