21 yaşlılardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Samet Karakoçun yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 19 yaşlı futbolçu, “Isparta 32 Spor”la anlaşıb.
Bu komanda Türkiyənin 2-ci liqasında mübarizə aparır.
Qeyd edək ki, Karakoç son olaraq Bayrampaşaspor klubunda çıxış edib.