27 oktyabr 2024. Bazar günü

Mançester Yunayted'dən 90 milyon avroluq transfer


  • Transfer
  • 11:45 22.08.2022
  • Oxunma sayı: 105
Mançester Yunayted'dən 90 milyon avroluq transfer

İngiltərənin "Mançester Yunayted" klubu Niderland "Ayaks"ının futbolçusu Antonini transfer edib.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter hesabında yazıb.

"Qırmızı şeytanlar" 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. Mançester təmsilçisi braziliyalı oyunçu üçün 90 milyon avro ödəyəcək. 

Qeyd edək ki, Antoni 2020-ci ildə Braziliyanın "San Paulu" klubundan "Ayaks"a keçib. O, cari mövsüm bütün turnirlərdə 3 matçda meydanda olub, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer