Almaniyanın “Herta” klubu müdafiəçisi Dedrik Boyatanı Belçika “Brügge”sinə satıb. Corner.az xəbər verir ki, belçikalı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.Belçika klubu bu transfer üçün Almaniya klubuna 2 milyon avro ödəyib.
Boyata peşəkar karyerasına yetirməsi olduğu “Mançester Siti”də başlayıb. O, İngiltərə klubunda olarkən “Bolton” və “Tvente”də icarədə də oynayıb. 2015-2019-cu illər aralığında Şotlandiya “Seltik”ində oynayan mərkəz müdafiəçisi, 2019-cu ildən formasını geyindiyi “Herta”da 76 oyuna 6 qol vurub. O, Belçika yığmasında da 31 oyun keçirib.