27 oktyabr 2024. Bazar günü

La Liqa klubunda yeni hücumçu


  • Transfer
  • 19:08 23.08.2022
  • Oxunma sayı: 68
La Liqa klubunda yeni hücumçu
İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi “Real”ın yetirməsi Dani Qomesi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə “Levante”yə məxsus olan ispaniyalı hücumçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
 
Dani Qomes “Levante”yə 2020-ci ildə “Real”dan 2 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində 70 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı forvard “Real”da olduğu dönəmdə “Tenerife”də icarədə də olub. O, vaxtilə İspaniyanın U-19 və U-21 yığmalarında da çıxış edib.
 
“Espanyol” öz hücumçusu Xofre Karrerası isə “Mirandes”ə icarəyə verib. 21 yaşlı vinger mövsümün sonuna kimi icarədə olacaq. İspaniyalı futbolçu “Espanyol”un öz yetirməsidir. O, 2020-ci ildən əsas komandada da oynayırdı.






Transfer