27 oktyabr 2024. Bazar günü

Fənərbaxça'dan Belçika klubuna


  • Transfer
  • 19:11 23.08.2022
  • Oxunma sayı: 85
Fənərbaxça'dan Belçika klubuna
Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Məhəmməd Gümüşkaya ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, Belçikanın “Vesterlo” klubu 21 yaşlı yarımmüdafiəçini transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Türkiyəli futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Belçika klubunun bu keçidə görə İstanbul təmsilçisinə nə qədər ödədiyi bəlli deyil.
 
Gümüşkaya “Fənərbaxça”nın öz yetirməsidir. 11 yaşından bu klubda olan futbolçu, 2020-ci ildən əsas komandada da oyuna çıxırdı. Türkiyənin gənclərdən ibarət yığmasının üzvü daha öncə “Boluspor” və “Girəsunspor”da da icarə əsasında çıxış edib






Transfer