27 oktyabr 2024. Bazar günü

Kavani üçün La Liqa variantı


  • Transfer
  • 19:52 23.08.2022
  • Oxunma sayı: 83
Kavani üçün La Liqa variantı

"Valensiya” azad agent statusunda olan  hücumçu Edinson Kavaniyə 1+1 şərti ilə müqavilə təklif edib.

Corner.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “tvitter” hesabında paylaşım edib. O, “yarasalar”ın 35 yaşlı futbolçunun transfer məsələsində “Vilyarreal” və “Nitsa” ilə mübarizədə daha şanslı olduğunu vurğulayıb.

Kavaninin son klubu müqaviləsi 2022-ci il iyunun 30-da başa çatan “Mançester Yunayted” olub. Uruqvaylı hücumçu əvvəllər PSJ, “Napoli” və “Palermo”da da çıxış edib.







Transfer