27 oktyabr 2024. Bazar günü

Vilyarreal'ın futbolçusu Barselona'ya keçə bilər - Emeri təsdiqlədi


  • Transfer
  • 19:59 23.08.2022
  • Oxunma sayı: 113
Vilyarreal'ın futbolçusu Barselona'ya keçə bilər - Emeri təsdiqlədi

"Vilyarreal”ın baş məşqçisi Unay Emeri sağ cinah müdafiəçisi Xuan Foytun “Barselona”ya mümkün transferini təsdiqləyib.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, Emeri,  24 yaşlı futbolçunun transferi ilə bağlı bunları söyləyib:

“Deyəsən, “Barselona” həqiqətən də Foytu transfer etməkdə israrlıdır. Xuan mənə “Vilyarreal”da onun üçün yaxşı olduğunu bildirdi. Onun gedişini istisna etmirəm, amma düşünürəm ki, bizimlə davam edə də bilər”.

Argentinalı futbolçunun transferi “Barselona”ya 30 milyon avroya başa gələ bilər. Foytun transfer qiyməti 25 milyon avrodur.







Transfer