27 oktyabr 2024. Bazar günü

19 milyona transfer edib, icarəyə göndərdilər


  • Transfer
  • 21:20 23.08.2022
  • Oxunma sayı: 78
19 milyona transfer edib, icarəyə göndərdilər
İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Uotford” klubunun sol cinah müdafiəçisi Hassane Kamaranı transfer edib.
 
Bu barədə “Udineze”nin rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahilindən olan müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb. Lakin 28 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna kimi “Uotford”da icarədə oynayacağı vurğulanıb.
 
İtaliya təmsilçisi Kamara üçün qarşı tərəfə 19 milyon avro ödəyib. 
 
Bildirək ki, Premyer Liqa klubu Kamaranı bu ilin yanvarında 4 milyon avroya Fransanın "Nitsa" klubundan transfer etmişdi. O, Fransanın “Şatoru” klubunun yetirməsidir. Fil dişi sahilinin üzvü peşəkar karyerasına da bu komandada başlayıb, daha sonra “Reyms”, “Kreteli” və “Nitsa”da forma geyinib. O, yığmada 7 oyuna çıxıb.






Transfer