27 oktyabr 2024. Bazar günü

Beşiktaş'da yeni yarımmüdafiəçi


  • Transfer
  • 21:37 23.08.2022
  • Oxunma sayı: 100
Beşiktaş'da yeni yarımmüdafiəçi
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Sivasspor”un yarımmüdafiəçisi Kerem Atakan Kesgini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
 
Türkiyə mətbuatının məlumatına görə, “Beşiktaş” yeni transferi üçün “Sivasspor”a 1.4 milyon avro ödəyib. 
 
Kerem Atakan Kesgin “Bucaspor”un yetirməsidir. O, 2018-ci ildə “Göztəpə”yə keçsə də, burada əsas heyət oyunçusuna çevrilə bilməyib. O, Sivas təmsilçisində keçirdiyi ilk mövsümdə 5 oyuna çıxsa da, fərqlənə bilməyib. Ötən mövsüm isə yarımmüdafiəçi 25 oyunda iştirak edib, 3 qola imza atıb. Türkiyənin U-21 yığmasının üzvü cari mövsümdə də 4 oyuna çıxıb.
 
“Beşiktaş” öz yetirməsi olan 2 gənc futbolçu ilə də peşəkar müqavilə imzalandığını açıqlayıb. Hər ikisi yarımmüdafiəçi olan Halil Çiçek və Berkay Kençtemur 2024/24 mövsümünün sonuna qədər olan müqaviləyə imza atıblar.






Transfer