27 oktyabr 2024. Bazar günü

Valensiya'da türk müdafiəçi


  • Transfer
  • 22:21 23.08.2022
  • Oxunma sayı: 115
Valensiya'da türk müdafiəçi
İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubundan türk futbolçu Cenk Özkacarı transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. "Yarasalar" 21 yaşlı müdafiəçini satınalma şərti ilə icarəyə götürüb və onunla 1+5 illik müqavilə bağlayıb. 
 
“Valensiya” Türkiyə millisinin üzvünün icarəsi üçün Fransa klubuna 500 min avro ödəyib. Mövsümün sonunda isə Cenki birdəfəlik transferi üçün “Olimpik”ə daha 5 milyon avro ödəniləcək.
 
Cenk Özkacar “Altay”ın yetirməsidir. O, bu komanda ilə yanaşı, “Karacabey Belediyespor”un da formasını geyinib. 2020-ci ilin avqustunda isə Lion “Olimpik”i gənc oyunçunu 1.5 milyon avroya transfer edib. Liqa 1 təmsilçisinin əsas komandasında cəmi 1 rəsmi oyun keçirən futbolçu ötən mövsüm Belçikanın “Leuven” klubunda icarədə oynayıb. O, bu komandada 34 oyuna 2 qol da vurub. Cenk Türkiyənin əsas millisində də bu il ilk rəsmi matçına çıxıb.






Transfer