27 oktyabr 2024. Bazar günü

Qalatasaray qapıçısını icarəyə verdi


  • Transfer
  • 00:21 24.08.2022
  • Oxunma sayı: 70
Qalatasaray qapıçısını icarəyə verdi
Türkiyənin “Qalatasaray” klubu gənc qapıçısı Berk Balabanı icarəyə göndərib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı qolkiperi 2-ci liqa təmsilçisi “İskenderunspor”a 2022/23 mövsümünün sonuna kimi icarəyə verib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 
 
Berk Balaban “Qalatasaray”ın öz yetirməsidir. O, əvvəlki mövsümlərdə “Ankaraspor” və “Niğde Anadolu” klublarında da icarədə oynayıb.
 
“Qalatasaray” digər gənc oyunçuları Işık Kaan Arslan və Eren Aydını da “Sarıyer” klubuna icarəyə verildiyini bəyan edib. Onlar da 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar.






Transfer