27 oktyabr 2024. Bazar günü

Vest Hem Çelsi'nin futbolçusunu transfer etdi


  • Transfer
  • 14:09 24.08.2022
  • Oxunma sayı: 103
Vest Hem Çelsi'nin futbolçusunu transfer etdi
İngiltərənin “Çelsi” klubu müdafiəçisi Emerson Palmieri ilə yollarını ayrıb. Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu bundan sonra Premyer Liqanın digər təmsilçisi “Vest Hem”in uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Vest Hem” italiyalı futbolçu üçün London klubuna 13 milyon avro ödəyib. Sol cinah müdafiəçisi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Bildirək ki, Emerson 2018-ci ildə “Roma”dan 20 milyon avroya “zadəganlar”a keçmişdi. 
 
Emerson Palmieri 2018-ci ilin yanvarından formasını geyindiyi “Çelsi”də bütövlükdə 71 oyuna çıxıb, 2 qol vurub. O, ötən mövsümü icarə əsasında Fransanın “Olimpik” (Lion) klubunda keçirib və 36 oyuna 1 qolla yadda qalıb. Müdafiəçi daha öncə “Roma” ilə yanaşı, “Santos” və “Palermo”da da çıxış edib. Braziliyanın U-17 yığmasında oynamış Emerson, 2018-ci ildən İtaliyanın əsas yığmasında forma geyinir. O, millidə 27 oyuna çıxıb.
 
“Vest Hem” öz oyunçularından Natan Trott və Tyerri Neversi də icarəyə göndərib. Trott 2022/23 mövsümünün sonuna kimi Danimarkanın “Vayle” klubunda, Nevers isə “Nyuport Kaunti”də icarədə olacaq.
 
Yamaykadan olan 20 yaşlı Nevers 2021-ci ilin yayında “Ridinq”dən “Vest Hem”ə transfer olunub. O, yarımmüdafiənin sol cinahında çıxış edir. Bermudadan olan Trott isə qapıçıdır. 23 yaşlı qolkiper 2016-cı ildən “Vest Hem”dədir. O, əvvəlki mövsümlərdə “AFC Uimbldon” və “Nansi”də də icarədə olub.






Transfer