27 oktyabr 2024. Bazar günü

Seltik'dən Liqa 1 klubuna 1 milyonluq transfer


  • Transfer
  • 14:11 24.08.2022
  • Oxunma sayı: 93
Seltik'dən Liqa 1 klubuna 1 milyonluq transfer
Fransanın “Monpelye” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Şotlandiyanın “Seltik” klubunun müdafiəçisi Kristofer Jülyeni transfer edib.
 
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Monpelye” fransalı futbolçunun keçidinə görə Şotlandiya təmsilçisinə 1 milyon avro ödəyib.
 
Jülyen Fransanın “Oser” klubunun yetirməsidir. O, öz ölkəsində “Dijon” və “Tuluza”nın, Almaniyada “Frayburq”un da formasını geyinib. Mərkəz müdafiəçisi “Seltik”də keçirdiyi 3 mövsüm ərzində 62 oyuna çıxıb, 10 qol vurub.






Transfer