İspaniyanın “Sevilya” klubu yarımmüdafiəçisi Roni Lopesi icarəyə göndərib. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu 2023-cü ilin 30 iyununa kimi Fransanın “Trua” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Lopes İngiltərənin “Mançester Siti” klubunun yetirməsidir. O, 2019-cu ildə “Monako”dan 25 milyon avro qarşılığında “Sevilya”ya transfer olunub. Futbolçu əvvəlki mövsümlərdə “Nitsa” və “Olimpiakos”a da icarəyə verilib. Yarımmüdafiəçi daha öncə “Lill”də də forma geyinib. O, Braziliyada dünyaya göz açsa da, Portuqaliyanın aşağı yaş qrupu üzrə yığmalarında, həmçinin əsas millisində (2 oyun) forma geyinib.
Roni Lopesi heyətinə qatan “Tura” öz hücumçusu Yoan Tuzqar ilə də yollarını ayırıb. 35 yaşlı forvard “Ayaçço” ilə 2+1 illik müqaviləyə imza atıb. Təcrübəli hücumçu, 2018-ci ildən formasını geyindiyi “Trua”da 121 oyuna çıxıb, 40 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Tuzqar daha öncə “Soşo”, “Oser”, “Lans” və “Amyen” kimi klubların da formasını geyinib. Fransada dünyaya göz açan forvard, Tunis yığmasında 6 oyun keçirib, 1 qol vurub