İngiltərənin “Arsenal” klubu yarımmüdafiəçisi Nikolya Pepeni icarəyə verib. Corner.az xəbər verir ki, 27 yaşlı vinger 2023-cü ilin 30 oyununa kimi Fransanın “Nitsa” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Fil Dişi Sahilindən olan futbolçu “Arsenal”a 2019-cu ildə Fransanın “Lill” klubundan 70 milyon avro qarşılığında transfer olunmuşdu. O, həmin dövrdən bəri London təmsilçisində 111 oyuna çıxıb, 27 qol və 21 məhsuldar ötürmə müəllifi olub.
Pepe karyerası ərzində “Puatye”, “Anje” və “Orlean” klublarının da formasını geyinib. O, Fil Dişi Sahili yığmasında 34 oyuna çıxıb, 9 qol vurub.