21 dekabr 2025. Bazar günü

Borusiyya'da yeni müqavilə


  • Transfer
  • 15:59 26.08.2022
  • Oxunma sayı: 109
Borusiyya'da yeni müqavilə
Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Antonios Papadopulos ilə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2024-cü ilin yayına kimi Dortmund təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayına kimi idi.
 
Papadopulos “Borussiya”ya 2021-ci ilin iyulunda “Halleşer” klubundan gəlib. Dayaq yarımmüdafiəçisi daha öncə Almaniyada “Aalen” klubunun da formasını geyinib. O, Dortmund təmsilçisinin əsas komandasında cəmi 2 matça çıxıb. Əslən Yunanıstandan olan futbolçu Almaniyada dünyaya göz açdığı üçün bu ölkənin vətəndaşlığını daşıyır.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq