- Transfer
- 23:59 09.04.2026
İngiltərə Premyer Liqasında mövsümü 6-cı pillədə başa vuran “Manchester United” yeni mövsüm üçün heyətini gücləndirməyə başlayıb.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Napoli”nin futbolçusu Xalidu Kulibali heyətinə qatmaq niyyətindədir.Seriya A təmsilçisinin 27 yaşlı futbolçu üçün 100 milyon avro tələb etdiyi və klub rəhbərliyinin bu məbləği ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, seneqallı futbolçunun “Napoli” ilə müqaviləsi 2023-cü ildə başa çatır