27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubundan 60 milyonluq transfer


  • Transfer
  • 14:44 27.08.2022
  • Oxunma sayı: 143
Premyer Liqa klubundan 60 milyonluq transfer
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Real Sosyedad” klubunun hücumçusu Aleksander İsakı transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 22 yaşlı futbolçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb.
 
İngiltərə mətbuatının iddiasına görə “Nyukasl” isveçli futbolçunun transferi üçün La Liqa klubuna 60 milyon sterlinq ödəyib. “Real Sosyedad” bonuslara görə müəyyən məbləğ də qazana bilər. 
 
Aleksander İsak 2019-cu ildə 15 milyon avro qarşılığında Dortmund “Borussiya”sından (Almaniya) “Real Sosyedad”a transfer olunmuşdu. İsveçli forvard la Liqa klubunda 132 oyuna çıxıb, 44 qol vurub. O, daha öncə AİK (İsveç) və “Villem” (Niderland) kimi klubların da formasını geyinib. İsveç yığmasında 37 oyun keçirmiş futbolçu, 9 qola imza atıb.






Transfer