28 noyabr 2024. Cümə axşamı

Super Liqa klubunda iki yeni transfer, bir ayrılıq


  • Transfer
  • 14:51 27.08.2022
  • Oxunma sayı: 82
Super Liqa klubunda iki yeni transfer, bir ayrılıq
Türkiyənin “İstanbulspor” klubu heyətinə yeni futbolçular cəlb edib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi bosniyalı müdafiəçi Adi Mehremiçlə albaniyalı hücumçu Sindrit Qurini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu azad agent kimi transfer olunub.Quri ilə 3, Mehremiçlə isə 4 illik müqavilə imzalanıb.
 
Adi Mehremiç son olaraq Polşanın “Visla” (Krakov) klubunun uğurları üçün çalışıb. 28 yaşlı oyunçu, karyerası ərzində “Makkabi” (Petah Tikva), “Aves”, “Karpatı” (Lvov), “Jelezniçar”, “Sankt Pölten”, “Spartak” (Miyava), “Seniça”, “Fridek Mistek”, “Spartak” (Yurmala), “Rujomberok”, “Olimpik” (Sarayevo), “Veles Mostar” kimi klubların da formasını geyinib.
 
Sindrit Qurini isə son olaraq Şimali Makedoniya “Şkendiya”sında çıxış edib. Albaniya yığmasında 1 oyun keçirmiş hücumçu, daha öncə “Vlajniya”, “Besa”, “Kastrioti”, “Korabi”, “Kukesi” və “Ostende”də də forma geyinib.
 
Super Liqa klubu futbolçusu Ferhat Yazqanla da yollarını ayırıb. Klub 29 yaşlı hücumameylli yarımmüdafiəçinin öz istəyi ilə komandadan ayrıldığını diqqətə çatdırıb. Onunla müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. Ferhat 2021-ci ilin yayından bu komandada çıxış edirdi. O, meydana çıxdığı 30 oyunda 2 qol vurub. Almaniya doğumlu futbolçu “Holştayn Kil”, “Volfsburq”, “Trabzonspor”, “Trabzon 1461”, “Sakaryaspor” və “Manisa”nın da uğurları üçün çalışıb.






Transfer