28 noyabr 2024. Cümə axşamı

Super Liqa klubunda 2 ayrılıq


  • Transfer
  • 16:41 27.08.2022
  • Oxunma sayı: 86
Super Liqa klubunda 2 ayrılıq
Türkiyənin “Qaziantep” klubu iki futbolçusu ilə vidalaşıb. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçilər Əhməd Əl-Messaudi və Recep Niyazla yollarını ayırıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi vurğulanıb.
 
“Qaziantep” Əhməd Əl-Messaudini 2021-ci ilin yayında Niderlandın “Qroningen” klubundan 400 min avroya transfer etmişdi. O, Super Liqa təmsilçisində cəmi 16 matça çıxıb. Mərakeş yığmsının da üzvü olan 27 yaşlı futbolçu daha öncə “Lyers”, “Standart” (Lyej), “Mexelen”, “Fortuna Sittard” kimi klublarda da çıxış edib.
 
Recep Niyaz da 2021-ci ilin yayından “Qaziantep”də forma geyinirdi. 27 yaşlı hücumameylli yarımmüdafiəçi bu komandada 29 oyuna 1 qol vurub. “Fənərbaxça”nın yetirməsi olan, İstanbul təmsilçisində 10 oyuna 1 qol vurmuş futbolçu, “Bucaspor”, “Samsunspor”, “Dənizlispor”, “Rizəspor”da da çıxış edib. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt etməyib.






Transfer