27 oktyabr 2024. Bazar günü

Fiorentina millinin üzvü ilə gücləndi


  • Transfer
  • 17:49 27.08.2022
  • Oxunma sayı: 92
Fiorentina millinin üzvü ilə gücləndi
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Florensiya təmsilçisi “Verona”nın yarımmüdafiəçisi Antonin Barakı transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 27 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
 
Florensiyalılar bir illik icarə üçün “Verona”ya 1.5 milyon avro ödəyəcəklər. Çexiyalı yarımmüdafiəçinin transfer hüquqlarının alınması üçün isə 20 milyon avrosundan keçməli olacaq.
 
“Verona” Antonin Barakı 2020/21 mövsümünün əvvəlində 500 min avroya “Udineze”dən icarəyə götürmüşdü. Ötən ilin iyulunda isə daha 6 milyon avro ödəyərək futbolçunun transfer hüquqlarını da almışdı. Çexiyalı yarımmüdafiəçi bu komandada 68 oyuna 18 qol vurub, 8 məhsuldar ötürmə edib. O, daha öncə “Udineze” ilə yanaşı, “Pribram”, “Vlaşim”, “Slaviya” (Praqa) və “Leççe” kimi klubların da formasını geyinib. Barak Çexiya yığmasında 31 matç keçirib, 8 qola imza atıb.
 
“Fiorentina” gənc futbolçuları – Alessandro Byanko və Fallou Sene ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 19 yaşlı Byanko 4+1 illik müqaviləyə imza atıbsa, 18 yaşlı Sene 3 illik sözləşmə imzalayıb.
 






Transfer