27 oktyabr 2024. Bazar günü

Verona'dan 2 yeni transfer


  • Transfer
  • 17:55 27.08.2022
  • Oxunma sayı: 109
Verona'dan 2 yeni transfer
İtaliyanın “Verona” klubu heyətinə yeni oyunçular cəlb edib. Corner.az xəbər ver ki, sözügedən klub İsveçin “Yurqarden” klubundan İsak Hini, Kolumbiya “Atletiki Nasyonal”ından isə Xuan Kabalı transfer edib.

Seriya A təmsilçisi Hin üçün isveçlilərə 3.2, Kabala görə isə kolumbiyalılara 4 milyon avro ödəyib. İsakla 4, Kaballa ilə 5 illik müqavilə imzalanıb.
 
İsak Hin peşəkar karyerasına İsveçin “Vasalund” klubunda başlayıb. O, 2021-ci ilin yanvarından “Yurqarden”də çıxış edirdi. İsveçdən olan 23 yaşlı müdafiəçi bu komandada 23 oyuna çıxıb, 3 qol vurub.
 
Xuan Kabal isə “Atletiko Nasyonal”ın öz yetirməsidir. Kolumbiyadan olan 21 yaşlı futbolçu da müdafiəçidir. O, 2019-cu ildən Kolumbiya klubunun əsas komandasında forma geyinirdi. Gənc müdafiəçi meydana çıxdığı 49 matçda 1 qol vurub.
 
“Verona” “Cenoa”nın hücumçusu Yaya Kallonu da heyətinə qatıb. Syerra Leonedən olan 21 yaşlı forvard mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 
 
Yaya Kallon 2021/22 mövsümünün əvvəlində “Savona”dan “Cenoa”ya keçmişdi. Gənc hücumçu ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 18 oyunda 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.






Transfer