27 oktyabr 2024. Bazar günü

PSJ-nin futbolçusu La Liqa klubunda


  • Transfer
  • 14:05 28.08.2022
  • Oxunma sayı: 96
PSJ-nin futbolçusu La Liqa klubunda
 PSJ futbolçusu Ander Herreranı icarəyə göndərib. Corner.az xəbər verir ki, İspaniya "Atletik"i Paris təmsilçisində az şans qazanan 33 yaşlı yarımmüdafiəçi heyətinə qatıb.
 
Bir illik icarə müddətindən sonra Bilbao klubu futbolçunun transfer hüququna sahib çıxa biləcək.
 
2019-cu ildən PSJ-də çıxış edən ispan futbolçu 2011-2014-cü illərdə “Atletik”in uğurları üçün çalışıb.
 
PSJ digər oyunçuları – Mutanabi Bodianq ilə Denis Frankini də icarəyə verib. 19 yaşlı oyunçular müvafiq olaraq “Le Puy Foot” və “Bernli” klublarına icarəyə göndərilib. Onlar da 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar. Paris klubunun öz yetirməsi olan Seneqal əsilli Bodianq sağ cinah müdafiəçisi, italiyalı Franki isə qapıçıdır.
 
Yeri gəlmişkən, “Atletik” də yarımmüdafiəçiləri Peru Nolaskoaynı “Eybar”a, Niko Serranonu isə “Mirandes”ə icarəyə göndərib. 23 yaşlı futbolçu mövsümün sonuna kimi sözügedən klubunun uğurları üçün çalışacaq. İspan oyunçu, daha öncə “Deportivo” və “Amorebieta”da da icarədə oynayıb. Bilbao təmsilçisinin öz yetirməsi olan dayaq yarımmüdafiəçisi, əsas komandada 10 oyun keçirib, 2 qol vurub.
 
Serranonun icarə müddəti mövsümün sonuna qədərdir. Bilbao təmsilçisinin  yetirməsi olan oyunçu əsas komandada 17 oyuna çıxıb, 1 qol vurub.






Transfer