27 oktyabr 2024. Bazar günü

İtaliya klubunda 17 milyonluq yeni hücumçu


  • Transfer
  • 14:44 28.08.2022
  • Oxunma sayı: 79
İtaliya klubunda 17 milyonluq yeni hücumçu
İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Berqamo təmsilçisi “Şturm Qrats”dan Rasmus Hoylundu transfer edib.
 
Bu barədə klubun mətbuat xədməti məlumat yayıb. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.
 
“Atalanta” gənc oyunçunun transferi üçün qarşı tərəfə 17 milyon avro ödəyib. 
 
“Kopenhagen”in yetirməsi Hoylund bu ilin yanvarında “Şturm Qrats”a 1,8 milyon avro qarşılığında keçmişdi. O, bu ilin əvvəlindən oynadığı “Şturm Qrats”da bütövlükdə 21 oyuna çıxıb, 12 qol vurub. Bu mövsüm isə sözügedən komandada 8 oyun keçirib, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Danimarkalı futbolçu ölkəsinin gənclərdən ibarət yığmasında da çıxış edir.






Transfer