27 oktyabr 2024. Bazar günü

Fransalı futbolçu İngiltərədə klubunu dəyişdi


  • Transfer
  • 16:54 28.08.2022
  • Oxunma sayı: 89
Fransalı futbolçu İngiltərədə klubunu dəyişdi
İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brayton”un hücumçusu Nil Mopeni transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb. 26 yaşlı futbolçu ilə  3+1 illik müqavilə imzalanıb.
 
“Everton”  fransalı futbolçu üçün “Brayton”a 11.8 milyon avro ödəyib. 
 
 Fransanın “Nitsa” klubunun yetirməsi.olam Mope 2019-cu ildə 15,6 milyon avro qarşılığında İngiltərə "Brayton"una keçmişdi. O, “Brayton”dan öncə “Brentford”, “Brest”, “Sent Etyenn” kimi klubların da formasını geyinib. Fransalı forvard bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. O, “Brayton”da keçirdiyi son 3 mövsümdə 109 oyuna 27 qol vurub.
 
 “Everton” isə oyunçusu Nils Nkunkunu da icarəyə göndərib. 21 yaşlı sol cinah müdafiəçisi bu mövsümün sonuna kimi “Kardiff Siti”nin uğurları üçün çalışacaq. Marsel “Olimpik”inin yetirməsi olan fransız futbolçu 2020-ci ildən “Everton”da olsa da, Premyer Liqa klubunda cəmi 7 oyuna çıxıb. O, ötən mövsümü də “Standard” (Lyej) klubunda icarədə keçirib.
 
Mopeni “Everton”a göndərən “Brayton” müdafiəçisi Mett Klarkı da “Midlsbro”ya satıb. 25 yaşlı futbolçu 2.6 milyon avroya satılıb. İngilis müdafiəçi yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb. 2019-cu ildən “Brayton”da olan futbolçu bu klubun əsas komandasında oynamayıb. Belə ki, ilk iki ili “Derbi Kaunti”də icarədə keçirmiş oyunçu, geridə qalan mövsümdə də “Vest Bromviç”də oynayıb. O, daha öncə “İpsviç Taun” və “Portsmut”un da uğurları üçün çalışıb.






Transfer