27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubunda iki ayrılıq, bir yeni müqavilə


  • Transfer
  • 16:59 28.08.2022
  • Oxunma sayı: 100
Premyer Liqa klubunda iki ayrılıq, bir yeni müqavilə
İngiltərə "Brayton”  klubu iki futbolçusunu icarəyə göndərib. Corner.az xəbər verir ki, sözügedən komanda oyunçuları Lorent Tolay ilə Kasper Kozlovskini də icarəyə verib.

Tolay bu mövsümün sonuna kimi “Satford Siti”nin, Kozlovski isə “Vitess”in uğurları üçün çalışacaq. İsveçrədən olan Tolay 2018-ci ildən “Brayton”dadır. 20 yaşlı forvard hələ əsas komandada debüt etməyib. O, ötən mövsümdə də “Kembric Yunayted”də icarədə oynayıb.
 
Polşanın “Poqon” klubunun yetirməsi olan Kozlovski isə yarımmüdafiəçidir. O, bu ilin yanvarında “Brayton”a transfer olunub və dərhal Belçikanın “Union” klubuna icarəyə verilib. 18 yaşlı futbolçu artıq Polşanın əsas milli komandasında 6 oyuna çıxıb.
 
“Brayton”da hücumçusu Denni Uelbeklə də yeni müqavilə imzalayıb. 31 yaşlı oyunçu yeni sözləşməyə əsasən, 2024-cü ilin 30 iyununa kimi bu komandanın uğurları üçün çalışacaq. Əvvəlki sözləşmə 2023-cü ilin yayına kimi idi.
 
Denni Uelbek 2020-ci ilin oktyabrından “Brayton”un uğurları üçün çalışır. O, bu komandada 53 oyuna çıxıb, 12 qol vurub. Təcrübəli futbolçu daha öncə “Mançester Yunayted” “Preston Nort End”, “Sanderlend”, “Arsenal” və “Uotford” kimi klubların da formasını geyinib, İngiltərə yığmasında 42 oyuna 16 qol vurub.






Transfer