27 oktyabr 2024. Bazar günü

Monako'da bir ayrılıq bir yeni müqavilə


  • Transfer
  • 18:00 28.08.2022
  • Oxunma sayı: 88
Monako'da bir ayrılıq bir yeni müqavilə
Fransanın “Monako” klubu müdafiəçisi Antonio Barreka ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, İtaliyadan olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
27 yaşlı müdafiəçinin yeni klubu da artıq məlumdur. O, İtaliyanın “Kalyari” klubu ilə anlaşıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
 
Antonio Barreka “Torino”nun yetirməsidir. O, “Monako”ya gedənə qədər ölkəsində “Çittadella” və “Kalyari”nin də uğurları üçün çalışıb. 2018-ci ildən Liqa 1 təmsilçisində olan sol cinah müdafiəçisi, bu komandada cəmi 9 oyun keçirib. O, əsas heyətdə möhkəmlənə bilmədiyi üçün “Nyukasl”, “Cenoa”, “Fiorentina” və “Leççe”yə icarəyə verilib.
 
Knyazlıq təmsilçisi sağ cinah müdafiəçisi Vandersonla da yeni müqavilə imzalandığını diqqətə çatdırıb. 21 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilə kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki sözləşmə 2026-cı ilin yayına qədər idi. “Monako” Vandersonu 2022-ci ilin yanvarında Braziliyanın “Qremio” klubundan 11 milyon avroya transfer edib. Brazilyalı oyunçu, Liqa 1 klubunda 26 oyuna 5 qol vurub






Transfer