27 oktyabr 2024. Bazar günü

Belottinin yeni komandası bəlli oldu


  • Transfer
  • 09:09 29.08.2022
  • Oxunma sayı: 126
Belottinin yeni komandası bəlli oldu
İtaliyanın “Torino” klubundan ayrılan Andrea Belottinin yeni komandası müəyyənləşib. Corner.az xəbər verir ki, azad agent statusunda olan 28 yaşlı futbolçu bundan sonrakı karyerasını “Roma”nın uğurları üçün davam etdirəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.İtalyan futbolçu yeni klubu ilə 1+2 illik müqaviləyə imza atıb. O, “canavarlar”da 11 nömrəli formanı geyinəcək.
 
Belotti 2015-ci ildən “Torino”da forma geyinirdi. İtaliyalı hücumçu bu komandada 251 oyuna çıxıb, 113 qol vurub. Belotti İtaliya yığmasında da 44 oyun keçirib, 12 qolla yadda qalıb.






Transfer