- Transfer
- 18:00 21.12.2025
İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında "qırmızı şeytanlar"ın Niderland "Ayaks"ının hücumçusu Antonini transfer etdiyini vurğulayıb. 22 yaşlı oyunçu ilə 5+1 illik müqavilə imzalanacaq.
"Mançester Yunayted"in braziliyalı futbolçu üçün qarşı tərəfə 100 milyon avro təzminat ödəyəcəyi iddia olunur.